Xəbər lenti

Sabahdan hava dəyişəcək, leysan xarakterli yağış yağacaq (XƏBƏRDARLIQ)
Ölkə 14:54 04.04.2025

Sabahdan hava dəyişəcək, leysan xarakterli yağış yağacaq (XƏBƏRDARLIQ)

Azərbaycanın rayonlarında aprelin 5-i günün ikinci yarısından 6-sı səhərədək hava şəraitinin qısa müddətə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->