Xəbər lenti

Lavrov
Dünya 12:04 04.04.2025

Lavrov "isterikaya düşdü": Ruslar ABŞ-la danışıqlarda stul üstündə dalaşdı - KİV

Rusiya prezidenti Vladimir Putin ABŞ-la Səudiyyə Ərəbistanında keçirilən danışıqlara bir-biri ilə münaqişədə olan nümayəndələri göndərib. Şəxsi ədavət fonunda rusiyalı nümayəndələr heyrət içindəki amerikalıların gözü qarşısında oturacaq üstündə mübahisə ediblər.

Qaynarinfo xəbər verir ki, bu hadisə barədə mənbələrə istinadən rusiyanın "Agentstvo" layihəsi məlumat yayıb. 

İlkin olaraq Səudiyyə Ərəbistanına yalnız Rusiya xarici işlər naziri Sergey Lavrov və Putin köməkçisi Yuri Uşakovun uçacağı planlaşdırılmışdı. Lakin Rusiya hökumətinin başçısı gözlənilmədən nümayəndə heyətinə xüsusi nümayəndəsi Kiril Dmitriyevi də əlavə edib, amma Lavrovu bu barədə xəbərdar etməyib.

Nəşrin məlumatına görə, Lavrov "isterikaya düşüb" və Dmitriyevə danışıqlar masasında yer verməkdən imtina edib. Amerikalılar isə bu hadisəni təəccüblə izləyiblər.

Mənbələrin bildirdiyinə görə, Lavrov kreslonu masadan kənara çəkərək deyib: 

"Əgər o (Dmitriyev-red.) danışıqlarda iştirak etmək istəyirsə, qoy Vladimir Vladimiroviç bunu şəxsən mənə desin". 

Bundan sonra Dmitriyev zalı tərk edərək dəhlizdə jurnalistlərlə danışmağa başlayıb.
 


"Hamı Putinin yanına tək gedir və o, hər kəsə fərqli şeylər deyir. Məhz buna görə də danışıqlarda Rusiya tərəfinin tələblərini heç kim tam şəkildə ifadə edə bilmir", deyə nəşrin həmsöhbəti bildirib.

Dmitriyev bu həftə ABŞ paytaxtına səfər edib və bu, Rusiyanın genişmiqyaslı işğalının başlanmasından sonra rusiyalı rəsmilərin ABŞ-a ilk səfəri olub. Görüşdən sonra Dmitriyev Rusiyanın KİV-lərinə bildirib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası "Rusiyanın mövqeyini dinləyir və onun narahatlıqlarını anlayır".

Eyni zamanda, "NBC News" yazıb ki, ABŞ prezidenti Donald Trampın ətrafı ona Vladimir Putinə zəng etməməyi tövsiyə edib - o vaxta qədər ki, Rusiya Ukraynada atəşi tam dayandırmağa razılaşsın.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->