Xəbər lenti

Ən yaşlı adam bu ölkədə tapıldı: 140 yaşı, 100 nəfərlik ailəsi var
Dünya 14:25 04.04.2025

Ən yaşlı adam bu ölkədə tapıldı: 140 yaşı, 100 nəfərlik ailəsi var

140 yaşında olduğu güman edilən kişi Əfqanıstanın şərqindəki Xost əyalətində yaşayır. 

Qaynarinfo "Tolo news" portalına isrinadən xəbər verir ki, o, dünyanın ən yaşlı insanı ola bilər.

Məqalədə deyilir: "Dünyanın ən uzunömürlü insanı sayıla bilən Akel Nazirin 100 nəfərlik ailəsi var. O, tez-tez Xost şəhərinin iki rayonu: Sabari və Yakubi arasında səfərdə olur".

O bildirilib ki, Əfqanıstan Britaniyadan müstəqillik qazananda onun təxminən 30 yaşı olub. O, həmçinin Əfqan kralı Əmanullah Xanın hakimiyyətinin və Britaniya idarəçiliyindən müstəqillik gününün qeyd edilməsinin şahidi olduğunu deyib.

Məqalədə deyilir ki, Əfqanıstanda arxiv işi bunun üçün kifayət qədər inkişaf etdiyi üçün Akel Nazirin ailəsi hökumətdən onun yaşını sənədlərlə təsdiq etməyi xahiş edir.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->