Ukraynanın müdafiə qüvvələri Xarkov vilayətinin Lıptsi qəsəbəsi yaxınlığında əvvəlki mövqelərini bərpa ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "DeepState2 analitik layihəsi özünün "Telegram" kanalında məlumat yayıb.
"Ukrayna Müdafiə Qüvvələri Lıptsi yaxınlığında mövqelərini bərpa ediblər”, deyə cəbhə xəritəsinin yenilənmiş versiyasına şərhdə qeyd olunub.
Bununla yanaşı, "DeepState” analitikləri 7 may axşamına olan vəziyyətə əsasən Donetsk vilayətində Rusiya qüvvələrinin Novoolenivka, Aleksandropil və Leonidovka istiqamətlərində irəliləyiş əldə etdiyini bildiriblər.
UNIAN-ın yazdığına görə, Xarkov vilayətində rus ordusu əsasən iki istiqamətdə aktiv hərbi əməliyyatlar aparır: bunlar Lıptsi və Volçansk yaşayış məntəqələridir. Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko aprel ayında keçirilən brifinqdə bildirib ki, düşmən bu istiqamətlərdə hücumlara ötən ildən başlayıb və bu günə qədər şturm fəaliyyətlərini dayandırmayıb. Onun sözlərinə görə, son vaxtlar bu istiqamətlərdə işğalçıların fəallığı daha da artıb.
Alpər
Şərhlər