Xəbər lenti

Sumqayıt Dövlət Dram Teatrı uşaqlar üçün yeni tamaşa hazırlayır (FOTO)
Foto 11:36 10.04.2025

Sumqayıt Dövlət Dram Teatrı uşaqlar üçün yeni tamaşa hazırlayır (FOTO)

Sumqayıt Dövlət Dram Teatrında gənc rejissor Fuad Cavadzadənin quruluşunda Azərbaycan SSRİ Əməkdar artisti Kərim Həsənovun "Sehirli Yaylıq” səhnə əsəri əsasında balaca tamaşaçılar üçün maraqlı, fantastik, sehirli və macəralarla dolu olan rəngarəng tamaşanın məşqlərinə başlanıb.

Qaynarinfo xəbər verir ki, yeni səhnə əsərinin quruluşçu rəssamı Nizami Dadaşev, musiqi tərtibatçısı Zaur Rəşidov, xareoqrafı Kamil Ağazadə, rejissor assistenti Fazilə Rzayevadır.

Tamaşada Əməkdar artistlər Sədaqət Nuriyeva, Elmira Kərimova aktyorlar Mətləb Səfərli, Sevda Cəlilova, Vəfa Qurbanova, Rövşən Əsgərov, Ceyhun Məhərrəmov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı, Elay Xasıyev, İlahə Səfərova, Elmir Mehdiyev, Kamran Muradlı, Məryəm Hüseynli, Aynur Hümbətova, Emil Həmidov, Günəş Bağırsoy, Səid Hüseynov çıxış edəcəklər.

Tamaşa may ayında tamaşaçılara təqdim olunacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->