Son vaxtlar qripin artması yazın gəlişi ilə bağlıdır? (VİDEO)
Yüksək hərarət, quru öskürət və boğaz ağrısı…Yaz mövsümü ilə əlaqədar müşahidə olunan virus infeksiyalarının sayı artıb...
Xezerxeber.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov yaz mövsümü ilə əlaqədar olaraq uşaqlar və böyüklər arasında qrip və kəskin respirator virus infeksiyalarına yoluxma saylarında artım müşahidə olunmasını təbii hal kimi qiymətləndirir.
Mütəxəssis qeyd edib ki, yaz aylarında uşaqlar arasında rotavirus infeksiyası da yayılır və əsasən, 5 yaşınadək uşaqlar arasında özünü büruzə verir. Xəstəliyin əsas əlamətləri qusma, yüksək hərarət və ishaldır.
Yaz-yay aylarında yoluxucu xəstəliklərlə yanaşı, allergik xəstəliklərin də artması müşahidə edilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər