Xəbər lenti

Ölkə 21:41 02.05.2025

"Hədəfimiz Türkmənistan qazını Xəzərdən keçən boru ilə ölkəmizə gətirməkdir" - Ərdoğan

"Türkiyə təbii sərvətləri, coğrafi mövqeyi və karbohidrogen ehtiyatlarına yaxınlığı ilə qlobal enerji xəritəsində strateji yerə malikdir".

Bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda baş tutan Təbii Sərvətlər Sammitində bəyan edib.

Dövlət başçısı vurğulayıb ki, Ankara yaxın gələcəkdə Xəzər dənizi vasitəsilə Türkmənistan qazını idxal etməyi planlaşdırır.

"Bu ilin mart ayından Türkmənistan qazını İran ərazisindən keçərək Türkiyəyə tədarük edirik. Hədəfimiz beş il sonra Türkmənistan qazını Xəzərdən keçən boru ilə ölkəmizə gətirməkdir", - deyə Türkiyə prezidenti vurğulayıb.

Onun sözlərinə görə, indiyədək bu marşrut üzrə 250 milyon kubmetr təbii qaz nəql olunub. İlin sonunadək isə bu həcmin 1,3 milyard kubmetrə çatacağı gözlənilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->