Tramp administrasiyası Çindən 800 dollara qədər olan mallar üçün rüsumsuz qaydanı ləğv edib.
Qaynarinfo xəbər verir ki, "The New York Times”a görə, qərar Amerika şirkətləri və fərdlərinin əvvəllər tətbiq edilmiş rüsumlardan yan keçərək Çin mallarının idxalı üçün fəal şəkildə istifadə etdikləri boşluğu effektiv şəkildə bağlayır.
Əvvəlki "de minimis" qaydası birbaşa fiziki şəxslər və ya kiçik müəssisələr tərəfindən satın alınan 800 dollara qədər malların rüsumsuz girişinə icazə verirdi. Nəşr qeyd edib ki, dəyişikliklər materik Çin və Honq Konqdan gələn mallara təsir edəcək. Bundan əlavə, tədbirlər digər ölkələr vasitəsilə tədarük edilən mallara da şamil ediləcək. Digər ölkələrin malları üçün bu qayda hələ də qüvvədədir.
Bundan əvvəl xəbər verilmişdi ki, Çin hakimiyyəti ABŞ-ın ikitərəfli danışıqlara hazır olduqları barədə bəyanatlarını öyrənir. Çin Ticarət Nazirliyi vurğulayıb ki, ABŞ rəsmiləri ticarət tariflərini müzakirə etmək üçün Çin tərəfi ilə danışıqlar aparmağa hazır olduqlarını dəfələrlə bildiriblər.
Aydın
Şərhlər