Beynəlxalq tədqiqat qrupu müəyyən edib ki, idman və hərbi sahələrdə tarixi üstünlük kişilərə məxsus olsa da, ekstremal yüklənmə və soyuq şəraitdə qadınlar daha davamlı ola bilirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Frontiers in Physiology" (FP) jurnalında dərc olunan araşdırmada bildirilir.
Laboratoriya şəraitində aparılan testlərdə kişilərin əzələ gücü, dözümlülüyü və sürətinin qadınlardan 10-30% yüksək olduğu göstərilsə də, xüsusilə dözümlülük yarışlarında bu fərq getdikcə azalır. Məsələn, 2023-cü ildə keçirilən marafonda kişi və qadınlar arasında dünya rekordları arasında cəmi 9 dəqiqə fərq olub.
"Alaska Mountain Wilderness Ski Classic" (dəstək olmadan 200 km qar üzərində xizək yarışı) kimi arktik ekstremal yarışların nəticələri göstərib ki, qadınlar çəki daşımaq üçün daha az enerji sərf edirlər. Bu isə onların maddələr mübadiləsinin daha səmərəli işlədiyini göstərir. Bənzər nəticələr dünyanın ən soyuq ultramarafonu sayılan "Yukon Arctic Ultra"da da qeydə alınıb. Maraqlıdır ki, finiş xəttini keçən qadın və kişi iştirakçılarının sayı demək olar ki, eynidir , ancaq anatomik fərqlərə baxmayaraq.
Tədqiqatçılar həmçinin "arktik dəyişmə" adlı bir fenomeni də aşkar ediblər: qadın orqanizmi kişilərdən daha aşağı temperaturlarda istilik yaratma (termogenez) prosesini aktivləşdirir. Bu isə əlavə enerji sərfini azaldır.
Alimlərin fikrincə, Alyaska çölündə ovçuluq şəraiti kimi döyüş şəraitini təqlid edən modellərdə belə, qadınlar bədən çəkisinə nisbətən daha çox yüklə üzləşsələr də, fiziki dözümlülük baxımından kişilərdən geri qalmırlar.
Tədqiqatçılar qeyd edirlər ki, bu sahədə araşdırmalar davam edir, lakin ilkin nəticələr açıq şəkildə göstərir ki, sərt təbiət şəraitində qadınlar kişilərlə rəqabət apara bilir. Araşdırmanın müəllifləri zarafatla qeyd edirlər: bəlkə də Mars əslində qadın planetidir – çünki qadınlar soyuğa qarşı daha dözümlüdür.
Aydın
Şərhlər