Xəbər lenti

SDU-nun işdən çıxarılan müəllimi yardım müraciəti etdi (VİDEO)
Ölkə 11:19 10.04.2025

SDU-nun işdən çıxarılan müəllimi yardım müraciəti etdi (VİDEO)

Sumqayıt Dövlət Universitetinin (SDU) işdən çıxarılan 59 yaşlı müəllimi Balakişi İsgəndərov müraciət yayıb.

Onun universitetin auditoriyasında lentə alınmış videomüraciətində altı aydır işsiz olduğu bildirilib.

Müraciətdə hazırda heç bir yerdən əlavə gəliri olmayan müəllimin maddi çətinliklə üzləşdiyi vurğulanıb.

Buna görə də Balakişi İsgəndərova maddi yardım göstərilməsi üçün ictimaiyyətə müraciət ünvanlanıb.

Qeyd edək ki, İsgəndərov Balakişi Atakişi oğlu uzun illər SDU-nun Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasında müəllim və kiçik elmi işçi vəzifəsində çalışıb. O, altı ay əvvəl ali təhsil ocağında baş vermiş ixtisarlar nəticəsində vəzifəsini itirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->