Xəbər lenti

Sahil Babayev iki rəisi çıxardı
Ölkə 16:43 03.04.2025

Sahil Babayev iki rəisi çıxardı

Maliyyə Nazirliyində iki yüksəkvəzifəli şəxs işdən azad edilib.

Qaynarinfo Bakupost.az-a istinadən xəbər verir ki, qurumun Aparatının strukturunda və ştat vahidlərinin struktur bölmələri üzrə bölgüsündə təkmilləşdirmələr aparılıb.

Eyni zamanda, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyev və nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin dövlət qulluğuna öz arzuları ilə xitam verilib.

Məlumat Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsi tərəfindən təsdiq edilib.

Fotoda: Elman Piriyev
 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->