Xəbər lenti

İdman 23:57 07.11.2024

"Qalatasaray" "Tottenhem"ə qalib gəldi

Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının Liqa mərhələsində İngiltərə təmsilçisi "Tottenhem"ə qalib gəlib.

Qaynarinfo-nun məlumatına görə, İstanbul təmsilçisi IV tura təsadüf edən ev oyununda rəqibini 3:2 hesabı ilə üstələyib.

"Sarı-qırmızılar"ın heyətində Yunus Akgün (6) və Viktor Osimhen (31,39) adlarını tabloya yazdırıblar.

Qeyd edək ki, Okan Burukun rəhbərlik etdiyi kollektiv cari mövsüm Avropa Liqasında üçüncü qələbəsini qazanıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->