Xəbər lenti

İdman 14:07 08.11.2024

"Qalatasaray"da şok: İkardi üçün mövsüm bitdi

"Qalatasaray" ulduz futbolçusu Mauro İkardinin zədəsi ilə bağlı son vəziyyəti açıqlayıb. Əməliyyat olunacaq argentinalı futbolçunun mövsümü bağladığı iddia edilir.

Qaynarinfo xəbər verir ki, Avropa Liqasının 4-cü həftəsində "Tottenhem"i qəbul edən "Qalatasaray" rəqibini 3:2 hesabı ilə məğlub edərək xallarını 10-a yüksəldib. "Sarı-qırmızılılar"ın heyətində matça "ilk 11-lik"də başlayan İkardi görüşün son anlarında zədələnərək yerini Mitşu Batşuayi verib.

"Qalatasaray" argentinalı ulduzun son durumunu açıqlayıb. "Sarı-qırmızılı" klub İkardinin sağ dizinin ön çarpaz bağında qopma və menisk zədələnməsinin aşkarlandığını bildirib:

"sponsorumuz olan Medicana xəstəxanasında aparılan MRT müayinələrində UEFA Avropa Liqasının 4-cü həftəsində "Tottenhem"lə matçda zədələnən futbolçumuz Mauro İkardinin sağ dizinin ön çarpaz bağında yırtıq və menisk zədəsi aşkarlanıb. Əməliyyatı planlaşdırılan futbolçumuzun reabilitasiyasına start verilib".

"Hürriyet"in məlumatına görə, əməliyyat olunacaq İkardinin mövsümü bağladığı öyrənilib. Argentinalı futbolçunun reabilitasiya prosesindən sonra əməliyyat ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu mövsüm "Qalatasaray"da 14 rəsmi oyuna çıxan 31 yaşlı futbolçu 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->