Rəşad Museyib oğlu Məcidov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, R.Məcidov Azərbaycanda media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə adıçəkilən ordenlə təltif olunub.
Qeyd edək ki, Rəşad Məcid 21 avqust 1964-cü ildə dünyaya gəlib. Sabah 60 yaşı tamam olacaq yazıçı və jurnalist "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri və Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvüdür. O, 2005-ci ildə Əməkdar mədəniyyət işçisi fəxri adı və 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.
Şərhlər