Xəbər lenti

Nazilə Səfərli bəy atası ilə qınağa tuş gələn rəqsindən danışdı (VİDEO)
Maqazin 18:02 31.05.2024

Nazilə Səfərli bəy atası ilə qınağa tuş gələn rəqsindən danışdı (VİDEO)

Şairə Nazilə Səfərli toyda bəyin atası ilə qınağa tuş gələn rəqsindən danışıb.

O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən ailənin 10 il uşağı olmayıb:

"Evləniblər, övladları olmayıb. Amma 10 ildən sonra tarixi hadisə baş verib və ailədə birdəfəyə 6 uşaq dünyaya gəlib. Onların 3-ü ölüb, 3-ü isə həyatda qalıb. Həmin uşaqların dünyaya gəlişinə görə onlara Moskvada ev bağışlanılıb. Bu həmin uşaqlardan birinin toyudur, məni də həmin toya dəvət ediblər. Toyda bəyin atası ilə rəqs etdim, onların sevincinə şərik oldum. Kim necədirsə, başqası haqqında da elə də düşünüb danışır. Hər kəs öz içindəkini başqasına şərhetmə potensialındadır".

Qeyd edək ki, şairə Nazilə Səfərli rəqsi sosial şəbəkələrin gündəminə düşüb. Şairə videogörüntünü sosial şəbəkədə paylaşsa da rəy bölümünü  bağlayıb.

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->