Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbin şagirdi Cavid Bağırov beynəlxalq olimpiadalarda uğur qazanıb.
Qaynarinfo xəbər verir ki, istedadlı şagird çox sayda təltif və medallara layiq görülüb.
Cavid bu il beynəlxalq səviyyədə keçirilən AMO (American Math Olympiad) Olimpiadasında birincilik əldə edərək qızıl medala sahib olub. Bundan əlavə, Cavid AMO Olimpiadası vasitəsilə Sinqapura dəvət alıb.
Onu da bildirək ki, Cavid Octopus Olimpiyadasının birinci mərhələsində yüksək nəticə əldə edərək ikinci mərhələdə iştirak etmək hüququ qazanıb.
İştirak etdiyi sınaq imtahanlarında daim yüksək nəticə göstərən, 2 dəfə 700 bal toplayan Cavid deyir: "Riyaziyyat fənnini çox sevirəm, olimpiadalarda, sınaq imtahanlarında iştirak etmək mənim üçün böyük motivasiya mənbəyidir. Dərs çalışmaq və yeni biliklər əldə etmək məni xoşbəxt edir. Uğurlarım təkcə mənim səylərimin nəticəsi deyil, eyni zamanda müəllimlərimin və valideynlərimin mənə verdiyi dəstəyin bəhrəsidir. Onların inamı və dəstəyi məni daha irəli getməyə sövq edir".
Şərhlər