Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Batabat yaylaq massivində quduzlaşmış canavarın avtomobillərə hücum etməsi hadisəsi qeydə alınıb. Hadisə Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu üzərində baş verib.
Sürücülər və yerli sakinlərin bildirdiyinə görə, canavar əsasən yolda hərəkətdə olan nəqliyyat vasitələrinə hücumlar edir.
Qeyd edilir ki, bir neçə vətəndaş canavarın avtomobillərə yaxınlaşaraq təcavüzkar davranışını mobil telefonla qeydə alıb.//Teleqraf
Şərhlər