Xəbər lenti

Dünya 16:52 27.04.2024

"NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var"

⁰Şimali Atlantika Alyansının cənub cinahının regional sabitliyə nail olmaq üçün Türkiyənin liderliyinə ehtiyacı var. 

Qaynarinfo xəbər verir ki, bunu Anadolu Agentliyinə NATO-nun baş katibi vəzifəsinə namizəd, Niderlandın baş naziri Mark Rütte deyib.

"NATO-nun cənub qanadının Türkiyəyə, Türkiyənin liderliyinə ehtiyacı var", deyə Rütte vurğulayıb.

Alyansın baş katibi vəzifəsinə namizəd xatırladıb ki, Türkiyə NATO daxilində mühüm müttəfiqdir, çünki o, Alyansda ABŞ-dan sonra ikinci ən böyük hərbi gücü təmsil edir.

Bundan əvvəl bildirilirdi ki, Rütte martın 31-də Ərdoğanla telefon danışığı aparıb və o, Şimali Atlantika Alyansının baş katibi vəzifəsinə namizədliyini dəstəkləməyi xahiş edib. İndi Rütte bu məsələni şəxsən Türkiyə prezidenti ilə müzakirə etməyə hazırlaşır.

Aprelin 3-də Niderlandın Yayım Korporasiyası (NOS) mənbələrə istinadən xəbər verib ki, baş nazir Mark Rüttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyi alyansa üzv olan 32 ölkədən 28-i tərəfindən dəstəklənib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->