Xəbər lenti

Mərcan rifləri yaxın 50 ildə tamamilə yox ola bilər
Dünya 23:32 24.04.2025

Mərcan rifləri yaxın 50 ildə tamamilə yox ola bilər

Alimlər iqlim dəyişikliyinin təsirləri səbəbindən dünya üzrə mərcan riflərinin qarşıdakı 50 il ərzində tamamilə yox ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Qaynarinfo xəbər verir ki, mütəxəssislər Hind okeanından Atlantik və Sakit okeana qədər uzanan ərazilərdə yerləşən mərcan riflərinin 84 faizinin 2025-ci ilin mart ayına qədər temperatur riski ilə üz-üzə olduğunu açıqlayıblar. 2023-cü ildə başlayan bu hadisə indiyədək qeydə alınmış ən genişmiqyaslı "ağarma" kimi xarakterizə edilir.

Beynəlxalq Mərcan Rifləri Assosiasiyasının son araşdırmasına görə, dünyada 1998-ci ildən bəri dördüncü "ağarma hadisəsi" yaşanır. 2023-cü ildə başlayan bu dördüncü ağarmanın nə vaxt sona çatacağı isə hələlik bilinmir.

Mərcanların ağarması, okean və dəniz sularının istiləşməsi ilə suyun turşuluğunun artması nəticəsində baş verir. Bu proses mərcanların tədricən ölməsinə səbəb olur. Ölmüş mərcanların ağ rəng alması isə elmi ədəbiyyatda "ağarma" olaraq adlandırılır.

Beynəlxalq Mərcan Rifləri Assosiasiyasının rəhbəri "Mark Eykın" bu ağarma hadisəsinin yaxın zamanda bitəcəyini gözləmədiklərini bildirib. Əgər tədbir görülməzsə, mərcan riflərinin qarşıdakı 50 ildə yox olacağı barədə xəbərdarlıq edən mütəxəssislər, dünya üzrə mərcanların qorunması üçün işlərin davam etdiyini qeyd ediblər.

Kariblərdə çalışan dəniz biologiyası mütəxəssisi "Melani Mekfild" temperatur stresinin miqyasının və təsir dairəsinin şokedici olduğunu vurğulayaraq, "2024-cü ildə davamlı hesab etdiyimiz bəzi riflərdə belə qismən ölümlər müşahidə olundu" deyə bildirib.

Alimlər iqlim dəyişikliyinə qarşı daha təxirəsalınmaz və təsirli tədbirlər görülmədiyi təqdirdə mırcan ekosistemlərinin gələcəyinin ciddi təhlükə altında olduğunu vurğulayıblar. Mırcan riflərinin yox olması yüzlərlə dəniz canlısı növünün də yox olması ilə nəticələnə bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->