Xəbər lenti

Mamontların yenidən diriltmək mümkündürmü? - Alim açıqladı
Dünya 21:22 08.04.2025

Mamontların yenidən diriltmək mümkündürmü? - Alim açıqladı

Mamontlar və digər nəsli kəsilmiş qədim heyvanların ilkin formada dirçəldilməsi mümkün deyil. Bunun səbəbi isə tam və keyfiyyətli "orijinal" mənbənin - qədim DNT-nin olmamasıdır. 

Qayanrinfo xəbər verir ki, bu barədə gazeta.ru-ya Sibir Federal Universitetinin və Gettingen Universitetinin professoru, genetik Konstantin Krutovski danışıb. 

O, bir müddət öncə Sibirdə tapılmış mamontun genomunu bərpa etmək və bu heyvanı fil dişisi vasitəsilə yenidən yaratmaq məqsədilə qədim DNT üzərində çalışıb.

Alim qeyd edib ki, qədim DNT ilə işləmək çətindir və bu səbəbdən də genomun tam şəkildə bərpası real deyil. ABŞ-da alimlərin qədim "dəhşətli canavar" adlı iri qurdu dirçəltməyə nail olduqları hallarda belə, bu nəticə yalnız müasir boz qurddan əldə edilmiş genom üzərində 14 genə 20 dəyişiklik edilməklə mümkün olub.

"İlkin genotipi bərpa etmək çox çətindir və bu, əsasən qədim DNT-nin keyfiyyətindən asılıdır. Hətta ideal nümunə olsa belə, tam rekonstruksiya mümkün deyil. Nəticədə, bir çox vacib genlər – xüsusilə təkamül və uyğunlaşmanı təmin edənlər – bərpa edilməyəcək. Bu, mamontlara, qılıncdişli pələnglərə, qədim canavarlara və digər nəsli kəsilmiş növlərə aiddir", deyə Krutovski bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->