Xəbər lenti

Keyn Şirerin rekordunu qırdı
İdman 12:12 05.01.2023

Keyn Şirerin rekordunu qırdı

"Tottenhem"in futbolçusu Harri Keyn yeni rekorda imza atıb.

Qaynarinfo-nun məlumatına görə 30 yaşlı hücumçu buna "Kristal Pelas"la matçda nail olub. İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində rəqiblərinə 4:0 hesabı ilə qalib gəldikləri oyunda dubl edən Keyn bununla da qollarının sayını 198-ə çatdırıb. Hücumçu yığmanın sabiq forvardı Alan Şirerin 300 matçda ən çox fərqlənmə rekordunu qırıb.

Şirer Premyer Liqadakı ilk 300 qarşılaşmada 196 dəfə rəqib qapılarına yol tapmışdı.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->