Xəbər lenti

İtkin düşən balıqçılardan biri təzə ata olubmuş, digəri 20 gün əvvəl ailə qurub (FOTO)
Foto 13:49 10.12.2025

İtkin düşən balıqçılardan biri təzə ata olubmuş, digəri 20 gün əvvəl ailə qurub (FOTO)

Astarada dənizdə itkin düşən iki balıqçının axtarışları hazırda genişləndirilmiş şəkildə davam etdirilir.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Şahağac kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, kənd sakinləri Ağadədə Həsənov və Turan Həsənov dünən səhər tezdən balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxıblar. Günorta saatlarında onlarla son dəfə telefon əlaqəsi saxlanılıb. Amma hava küləkli olduğundan deyilənlər tam eşidilməyib.

Axşam saatlarında onların evə qayıtmadığı məlum olub və aidiyyəti qurumlara məlumat verilib.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Dövlət Sərhəd Xidmətinin sahil mühafizə gəmiləri, eləcə də balıqçıların dörd nəfərdən ibarət yaxın qohumları cəlb olunub.

Hazırkı məqama qədər itkin düşən balıqçılarla bağlı hər hansı məlumat əldə olunmayıb, axtarışlar davam etdirilir.

Qeyd edək ki, Ağadədə Həsənov cəmi 5 gün əvvəl ata olub, övladı dünyaya gəlib.

Turan Həsənov isə təxminən 20 gün əvvəl ailə qurub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->