Xəzər dənizində itkin düşdükləri ehtimal edilən balıqçılar - Turan Həsənov və Ağadədə Həsənovun axtarışlarına helikopter cəlb olunub.
Bu barədə "Report"un Cənub bürosu xəbər verir.
Bildirilib ki, onlar dekabrın 9-da Astara rayonunun Şahağac kəndindən balıq tutmaq üçün Xəzər dənizinə çıxıb və geri qayıtmayıblar. Artıq balıqçıların axtarışlarına Fövqəladə Hallar Nazirliyinə məxsus helikopter başlayıb.
Şərhlər