Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
Qaynarinfo Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, bu imtahanda iştirakı nəzərdə tutulan 55282 nəfərdən 398 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 2 nəfər imtahandan xaric olunub.
İmtahan iştirakçıları arasında 4 nəfər ) 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Həmin şagirdlər Bakı, Abşeron, Sumqayıt və Naxçıvan məktəblərinin yetirmələridir.
Şərhlər