Xəbər lenti

İkardi meydana nə vaxt dönəcək? - Özü açıqladı
İdman 15:10 10.08.2025

İkardi meydana nə vaxt dönəcək? - Özü açıqladı

"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi ölkəsində yayımlanan "Telefe" telekanalına müsahibəsində Türkiyədəki həyatını və futbol sevgisini təsvir edib. 

Qaynarinfo xəbər verir ki, o, türk azarkeşlərin ehtirasını heyranlıqla belə ifadə edib:

"Burada fanatizm inanılmazdır. Həmişə deyirdim ki, Argentinada azarkeşlər çox ehtiraslıdır, amma burası başqa bir səviyyədir. Küçəyə çıxmaq çox çətindir, çünki insanlar həddindən artıq ehtiraslıdır. Üzərinizə gəlirlər, şəkil çəkdirmək istəyirlər. Bu, həm gözəl, həm də çətin bir şeydir. Meydanda və məşqlərdə insanların sevgisini görmək çox xoşdur".

İkardi gündəlik həyatında təhlükəsizlik tədbirləri gördüyünü də bildirib: 

"Bir yerə gedirəmsə, sürücü və mühafizəçi ilə gedirəm. Burada yaşamaq, burada olmaq bir zövqdür".

Futbolçu zədəsi səbəbindən Argentinada uzun müddət qaldığını, amma İstanbula və komandaya qayıtmaq üçün çox darıxdığını vurğulayıb:

"Məşqlər, oyunlar üçün çox darıxmışdım. Hələ oynama icazəm yoxdur, amma 1-2 ay içində meydana çıxa biləcəyəm".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->