Xəbər lenti

İbrahim Tatlısəs  qəzaya düşdü - Maşın dərəyə uçdu (VİDEO)
Video 15:14 25.08.2022

İbrahim Tatlısəs  qəzaya düşdü - Maşın dərəyə uçdu (VİDEO)

Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəs Bodrumda qəzaya düşüb.

Qaynarinfo xəbər verir ki, səhər saatlarında Yalıkavak yolunda hərəkətdə olarkən qəza keçirən Tatlısəs yaralanıb.

Nəqliyyat vasitəsində sıxışıb qalan müğənninin xilas edilməsi üçün bölgəyə çox sayda xilasetmə qrupu cəlb edilib.

Sıxılmış avtomobildən çıxarılan Tatlısəsin huşunun yerində olduğu və səhhətinin yaxşı olduğu bildirilib.
 
Qəza zamanı onun yanında doqquz yaşlı qızı Elif Adanın olduğu iddia olunsa da, uşağın anası verilişə zəng edərək, Elifin Bodrumda bibisinin yanında olduğunu bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->