Həm sürücülük hüququndan məhrum edildi, həm də işindən oldu (VİDEO)
Etibarnaməyə xitam verilməməsi vətəndaşı sürücülük hüququndan məhrum edib.
Bu iddia ilə Balakən rayon sakini Əfqan Bazarov "Xəzər Xəbər"ə müraciət edib.
Vətəndaş deyib ki, bir müddət əvvəl sürücü işlədiyi müəssisədən öz ərizəsi ilə ayrılsa da, ona verilən etibarnamə hələ ləğv edilməyib. Bu səbəbdən də şirkətin balansında olan nəqliyyat vasitələrinin cəriməsi onun adına gəlib.
Əfqan Bazarovun sözlərinə görə, sürücülük hüququ məhdudlaşdırıldığından hazırda işsizdir.
Məsələ ilə bağlı sözügedən müəssisənin rəhbərliyi ilə əlaqə saxladıq. Şirkətin direktoru Mirafər Seyidov iddialarla razılaşmadı. Bildirdi ki, Əfqan Bazarov təhvil-təslim prosesini icra etmədən işdən uzaqlaşıb və zənglərə cavab vermir. Onun müraciəti əsasında polis orqanlarına izahat verilib və problem hüquqi müstəvidə həll ediləcək.
Hüquqşünas Ərşad Hüseynov isə deyib ki, İnzibati Xətalar Məcəlləsində bu məsələnin tənzimlənməsinin aydın və hüquqi cavabı mövcuddur.
Onun sözlərinə görə, vətəndaşın müraciəti əsasında araşıdırma aparılmalıdır. Əgər həmin vaxt nəqliyyat vasitəsini başqasının idarə etdiyi təsdiqlənsə, qərar ləğv olunmalı və digər sürücü barəsində tərtib edilməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər