Xəbər lenti

İdman 10:19 11.09.2022

"Hayduk" - "Qəbələ" oyununun hakimləri bəlli oldu

Xorvatiyada "Hayduk" və "Qəbələ" komandaları arasında keçiriləcək UEFA Gənclər Liqasının I mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.

Qaynarinfo xəbər verir ki, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim David Smaytsa David Qabrovets və Tomaj Tserne laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını xorvatiyalı Ante Terziç yerinə yetirəcək.

Qeyd edək ki, senyabrın 12-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Cavab görüşü oktyabrın 4-də Qəbələdə olacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->