Xəbər lenti

Federasiya prezidenti qəfil vəfat etdi
İdman 09:53 06.08.2025

Federasiya prezidenti qəfil vəfat etdi

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda qəfil vəfat edib.

"Qafqazinfo”nun xəbərinə görə, bu barədə federasiyadan məlumat verilib.

2023-cü ildən sözügedən federasiyaya rəhbərlik edən Arif Məmmədovun hansı səbəbdən həyatını itirməsi bildirilməyib.

Dünya və Avropa çempionu olan A.Məmmədovun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, o, daha əvvəl Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini olub.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->