"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev klubdan ayrıldığını təsdiqləyib.
Bu barədə "Report"a 45 yaşlı mütəxəssis özü məlumat verib.
"Bəli, bugünkü iclasda yollarımızı ayırdıq. Bu, futboldur, İnşallah, hər iki tərəf üçün xeyirlisi olar", - deyə o bildirib.
Qeyd edək ki, Elmar Baxşıyev ötən ilin aprelindən "Araz-Naxçıvan"ı çalışdırırdı.
Şərhlər