Xəbər lenti

Dünənki matçda 4 penalti qaytaran Tiaqo Silvanın qiyməti (FOTO)
İdman 09:32 16.08.2024

Dünənki matçda 4 penalti qaytaran Tiaqo Silvanın qiyməti (FOTO)

"Zirə" klubu tarixində ilk dəfə UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.

Komanda III təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" klubundan üstün olub. 

Dünən baş tutan qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyasına ehtiyac duyulub.

Penaltilər seriyasında "Zirə"nin qapıçısı Tiaqo Silva 4 qurtarış edib. Komandasının qalibiyyətində böyük sahibi olan portuqaliyalı kluba ötən il transfer olunub. 

24 yaşlı qolkiper yeni komandası ilə 2+1 illik müqavilə imzalayıb. Silva daha əvvəl ölkəsinin "Vitoriya Gimaraynş”, "Leyşoyş” və "Trofense” klublarının şərəfini qoruyub.

Hazırda "transfermarkt" portalında Tiaqo Silvanın qiyməti 600 min avrodur. //baku.ws

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->