Xəbər lenti

Olimpiada tarixində ilk: Qadınlar kişilərdən daha çox təmsil olunacaq
İdman 16:00 10.04.2025

Olimpiada tarixində ilk: Qadınlar kişilərdən daha çox təmsil olunacaq

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarının medallıq proqramını təsdiqləyib. 

Qaynarinfo BOK-un bəyanatına istinadən xəbər verir ki, ilk dəfə olaraq qadın idmançıların sayı kişi idmançılardan çox olacaq.

Ümumilikdə, Los-Ancelesdə 351 medal dəsti uğrunda mübarizə aparılacaq. Bunlardan 165-i kişi, 161-i isə qadın idmançılar arasında oynanılacaq. Lakin qadın kateqoriyalarında nəzərdə tutulan iştirakçı sayı 5333 nəfərdir, bu isə kişilərin sayından (5167) çoxdur.

BOK bütün növlər üzrə komanda idmanında qadınların kişilərlə ən azı bərabər sayda komandaya sahib olacağını vurğulayıb. Məsələn, futbol yarışlarında ilk dəfə qadın milli komandalarının sayı kişilərdən çox olacaq.

Həmçinin qərara alınıb ki, boks yarışlarında qadınlar və kişilər eyni sayda - 7 çəki dərəcəsində çıxış edəcəklər. Su polosu üzrə yarışlarda da 12 kişi və 12 qadın komandası iştirak edəcək.

Bundan əlavə, altı idman növündə kişi və qadınların birgə iştirak edəcəyi yeni qarışıq turnirlər keçiriləcək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->