Xəbər lenti

Ekonomiks 19:16 26.05.2026

"Copper Rod Trading"in vergi borcu 123 min manata çatdı

Sumqayıtda mis məftil, mis çubuq və əlaqəli metal məhsullarının istehsalı ilə məşğul olan "Copper Rod Trading" Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, MMC-nin Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 123.015,93 AZN-ə vergi borcu var. 

Qeyd edək ki, nizamnamə kapitalı 3.172.454 manat olan şirkətin qanuni təmsilçisi Səmədov Zahir Əmənulla oğludur.

Aydın
--> -->