Xəbər lenti

Ceyhun Bayramov Küveytə getdi
Ölkə 20:42 29.04.2025

Ceyhun Bayramov Küveytə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveytə rəsmi səfərə yola düşüb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, səfər çərçivəsində 30 aprel tarixində nazir Ceyhun Bayramovun Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşünun, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Səfər çərçivəsində həmçinin xarici işlər nazirinin həmsədrlik etdiyi Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının keçirilməsi nəzərdə tutulub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->