Xəbər lenti

RİNN-nin dəstəyi ilə
Foto 17:55 29.04.2025

RİNN-nin dəstəyi ilə "INNOSUMMIT" infosessiyası keçirildi (FOTO)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və "İnnovasiya Könüllüləri” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə "INNOSUMMIT” infosessiyası keçirilib.

Tədbirin açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnsan kapitalı departamentinin rəhbəri Gülnarə Osmanova çıxış edərək qurumun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə məlumat verib. 

"İnnovasiya Könüllüləri” İctimai Birliyinin baş katibi Təhmasib İmaməliyev çıxışında "INNOSUMMIT”in innovativ düşüncəli gəncləri bir araya gətirən, onların ideyalarının reallaşmasına dəstək verən mühüm platforma olduğunu vurğulayıb. 

İnfosessiya çərçivəsində "MyGov” platforması, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi, "Digital Bridge”, "Digital Finance” təşəbbüsləri, Rəqəmsal Sənəd Dövriyyəsi və "Holberton School” barədə təqdimatlar edilib. 

Sessiyalar interaktiv formatda keçirilib. İştirakçılar suallar verərək innovasiyayönümlü layihələr, rəqəmsal xidmətlər və İKT sahəsində təhsil imkanları barədə ətraflı məlumatlar əldə ediblər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->