Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə həbs müddətinin uzadılması barədə təqdimata baxılıb.
Qərara əsasən, Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir ay uzadılıb.
Qeyd edək ki, Rüfət Səfərov keçən il dekabrın 3-də saxlanılıb. Binəqədi Rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (qəsdən sağlamlığa az ağır zərərvurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Şərhlər