Xəbər lenti

Dələduzluqda ittiham olunan sabiq məmura hökm oxundu
Ölkə 18:40 29.04.2025

Dələduzluqda ittiham olunan sabiq məmura hökm oxundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Ekspertiza və Reablitasiya Agentliyinin keçmiş mütəxəssisi dələduzluq əməlinə görə həbs edilib. 

Qaynarinfo xəbər verir ki, Vüsal adlı həmin şəxsin qurbanları əsasən əlilliyə görə pensiya alan, lakin sonradan pensiyaları kəsilən şəxslər olub. O, qurbanlarından müxtəlif məbləğlərdə pul alaraq pensiyalarını bərpa etdirəcəyinə dair vəd verib. 

Agentliyin keçmiş mütəxəssisi işə düzəltmək adı altında dələduzluq edib. O, qurbanlarının birindən 5000 manat alaraq onu Bakı Şəhər Təhsil İdarəsinə işə düzəldəcəyini bildirib. Başqa bir vətəndaşı isə dövlət şirkətlərdindən birinə sürücü vəzifəsinə  işə düzəldəcəyini deyərək aldadıb. 

O, bu əməlləri törədərkən Dövlət Ekspertiza və Reablitasiya Agentliyində çalışıb. Qurbanlarının ona inanmasının əsas səbəbi bu olub. 

Törətdiyi cinayət əməlinə görə Hacıqabul Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə mühakimə olunan Vüsal  2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Həmçinin Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən ona 2 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında vəzifə tutması qadağan edilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->