Xəbər lenti

Video 22:42 29.04.2025

"İçərişəhər''də avtomobili sürətlə idarə edən sürücü kimdir? (VİDEO)

''İçərişəhər'' ərazisində sürücünün məsuliyyətsiz davranışı müzakirələrə səbəb olub.

Bununla bağlı bloger Mədinə Quliyeva sosial şəbəkədə paylaşım edib.

Bloger iddia edir ki, ''90 VH-994'' markalı avtomobilin sürücüsü uşaqların da olduğu yoldan sürətlə keçərək qaydaları pozub.
Piyada paylaşımında qeyd edib ki, sürücüyə "ərazidən uşaqlar da keçir, belə maşın sürmək onlar üçün də ciddi təhlükə yaradır" deyib, amma bunun da təsiri olmayıb.

''İçərişəhər'' Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Səfayə Əhmədova "Xəzər Xəbər"ə bildirdi ki, həmin paylaşımdan sonrə məsələ nəzarətə götürülüb.

Onun sözlərinə görə, qoruq ərazisində təhlükəsizlik qaydalarına əməl etməyən, ictimai qaydanı pozan və mədəni davranış sərgiləməyən heç bir şəxsə güzəşt edilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 
 

 

 

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->