Xəbər lenti

Broyler şirkəti borca düşüb, əmlakını girov qoyacaq
Ekonomiks 14:45 18.04.2025

Broyler şirkəti borca düşüb, əmlakını girov qoyacaq

"Biləsuvar Quşçuluq” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncaq iyunun 2-nə təyin olunub.

Yığıncağın gündəliyinə MMC-nin qanuni təmsilçilik funksiyasını icra edən direktorun vəzifədən azad edilməsi və yeni direktorun təyin edilməsi, şirkətin əmlakının icarəyə verilməsi və girov qoyulması, eləcə də şirkətin kreditor borclarının ödənilməsi məsələləri daxil edilib.

Qeyd edək ki, "Biləsuvar Quşçuluq" ASC 1998-ci ildə qeydiyyata alınıb. 788 242 manat nizamnamə kapitalına malik olan ASC-nin hazırda qanuni təmsilçisi Şiriyev Elməddin Habil oğludur. Şirkət bir neçə ildir "Nilay” adı altında toyuq və toyuq məhsullarının istehsalı və satışı ilə məşğuldur

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->