Xəbər lenti

İki idarənin rəisi vəzifələrindən azad olundu
Ekonomiks 18:15 25.05.2026

İki idarənin rəisi vəzifələrindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin (DSK) Şərur və Culfa Rayon Statistika İdarələrinin rəisləri vəzifələrindən azad olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı muxtar respublikanın DSK sədri Hüseyn Bağırov müvafiq əmrlər imzalayıb.

Belə ki, Şərur Rayon Statistika İdarəsinin rəisi Ramiz Rəsulov və Culfa Rayon Statistika İdarəsinin rəisi Məhərrəm Məmmədov vəzifələrindən azad ediliblər.

Hələlik sözügedən idarələrə təyinat olmayıb.
--> -->