Xəbər lenti

Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu
Ölkə 23:00 25.05.2026

Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu

Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Qaynarinfo-nun teleqraf-a istinadən verdiyi məlumata görə, bu vəzifəyə Leylan Nəsirova gətirilib.

O, daha əvvəl həmin xəstəxanada baş həkim vəzifəsində çalışıb. Bir müddət sonra isə Tibbi-Sosial Ekspertiza Komitəsinin (TSEK) regional müdiri kimi fəaliyyət göstərib.

Yeni əmrlə TSEK-dəki fəaliyyətini başa vuran Leylan Nəsirova yenidən Beyləqan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

İxtisasca həkim-nevroloq olan yeni direktorun anası Roza Aslanova da eyni xəstəxanada pediatr həkim kimi çalışır.

Qeyd edək ki, bir müddət öncə Beyləqan Rayon Mərkəzi Xəstəxanasın direktoru Muradov Bayram Cəbrayıl oğlu, inzibati işlər üzrə direktor müavini Mahmudov Elnur Nazim oğlu və İnsan Resursları şöbəsinin müdiri Qarayeva Mətanət İsmayıl qızı öz ərizələri ilə vəzifələrindən ayrılıblar.
--> -->