Xəbər lenti

OBA-dan Qurban bayramı münasibətilə
Video 19:18 25.05.2026

OBA-dan Qurban bayramı münasibətilə "Qonşu payı" təşəbbüsü (FOTO/VİDEO)

Fəaliyyətinin 10 illiyini qeyd edən "OBA” Marketlər şəbəkəsi "Qonşuluqda 10 iz” silsilə KSM layihələri çərçivəsində növbəti sosial təşəbbüsünü həyata keçirib.

Müqəddəs Qurban bayramı münasibətilə baş tutan "Qonşu payı” təşəbbüsü çərçivəsində şəhid ailələri, aztəminatlı ailələr və sağlamlıq imkanları məhdud olan şəxslər ziyarət edilib. Ziyarət zamanı ailələrə bayram sovqatı olaraq ərzaq qutuları və "OBA” hədiyyə kartları təqdim olunub.

Layihənin əsas məqsədi bayramın paylaşma, birlik və həmrəylik dəyərlərini yaşatmaq, eyni zamanda sosial həssaslığı ilə seçilən qonşularımızın yanında olmaqdır.

"Qonşularımız bizim üçün hər zaman qayğını, paylaşmağı və birliyi yaşatdığımız ən dəyərli bağdır". 

Ölkənin dörd bir yanında 1800-dən çox mağazası ilə müştərilərə yorulmadan xidmət göstərən "OBA” Marketlər şəbəkəsi bundan sonra da 10 illik fəaliyyəti çərçivəsində cəmiyyətə fayda verən sosial layihələri davam etdirəcək.
--> -->