Alman bəstəkar Lüdviq van Bethoven uzun sürən xəstəlikdən sonra 1827-ci ilin martında, fırtınalı bir bazar ertəsi günü dünyasını dəyişib. O, son Yeni ildən bəri yataq xəstəsi olub, sarılığa tutulub, qolları, ayaqları və qarını şişib, nəfəs almaqda çətinlik çəkib.
Qaynarinfo "ScienceAlert"ə isinadən xəbər verir ki, Bethovenin dostları şəxsi əşyalarını ayırarkən bəstəkarın təxminən 25 il əvvəl yazdığı bir sənədə rast gəliblər. Bu sənəddə qardaşlarına onun səhhəti ilə bağlı detalları ictimaiyyətə açıqlamağı vəsiyyət etdiyi qeyd olunub.
Bu gün belə dünyanın ən böyük musiqiçilərindən biri hesab edilən Bethovenin 40 yaşlarının ortalarında eşitmə qabiliyyətini böyük ölçüdə itirdiyi məlumdur. Bəstəkarın dünyaya çatdırmaq istədiyi bu ironik taleyi təkcə şəxsi deyil, tibbi baxımdan da əhəmiyyət kəsb edib.
Bethoven şəxsi həkimindən təxminən 20 daha uzun ömür sürüb. Lakin ölümündən təxminən iki əsr sonra bir qrup tədqiqatçı onun saç nümunələrindən əldə olunan DNT-ni genetik baxımdan araşdıraraq bəstəkarın vəsiyyətini gözlənilməz bir şəkildə yerinə yetirməyə başlayıb.
Almaniyadakı Max Plank Təkamül Antropologiyası İnstitutunun biokimyaçısı Yohannes Krauze, 2023-cü ildə aparılan tədqiqatın nəticələri ilə bağlı mətbuat konfransında bildirib:
"Əsas məqsədimiz, Bethovenin 20 yaşlarının ortalarından sonlarına doğru başlayan və nəhayət 1818-ci ildə tamamilə kar olmasına səbəb olan tədricən inkişaf edən eşitmə itkisinin də daxil olduğu səhhət problemlərinə aydınlıq gətirmək idi".
Bethovenin şəxsi həkimi Dr. Yohann Krauze belə bu problemin əsl səbəbini anlaya bilməmişdi. Bəstəkarın 20 yaşlarında başlayan qulaq cingiltisi, zamanla hündür səslərə həssaslığa və sonda yüksək tezlikli səsləri eşitməməyə çevrilərək, onun ifaçı kimi karyerasına ciddi zərbə vurub.
Bir musiqiçi üçün bundan daha acı bir taleyin ola bilməyəcəyi düşünülür. Bethoven qardaşlarına yazdığı bir məktubda bu vəziyyətin onu intihar düşüncəsinə qədər apardığını etiraf edib.
Ancaq bəstəkarın mübarizə apardığı yeganə sağlamlıq problemi eşitmə itkisi deyil. Məlumata görə, o, ən azı 22 yaşından etibarən şiddətli qarın ağrıları və xroniki ishal epizodları keçirib.
Ölümündən altı il əvvəl Bethovenin qaraciyər xəstəliyinin ilk əlamətləri özünü göstərib. Mütəxəssislər hesab edir ki, bu xəstəlik bəstəkarın 56 yaşında - nisbətən gənc yaşda dünyasını dəyişməsinə qismən də olsa, səbəb olub.
2007-ci ildə Bethovenin saçına aid olduğu düşünülən nümunələr üzərində aparılan tibbi araşdırmalar qurğuşun zəhərlənməsinin onun ölümünə səbəb olan simptomlardan birbaşa məsul olmadığını, lakin ölüm prosesini sürətləndirmiş ola biləcəyini irəli sürüb.
O dövrdə insanlar qurğuşundan hazırlanmış qablardan su içdiyindən və kurşun tərkibli müalicələr gördüyündən, bu nəticə təəccüblü hesab olunmurdu. Lakin 2023-cü ilin mart ayında dərc edilən son araşdırma bu nəzəriyyəni tamamilə çürüdərək, analiz edilən saçın əslində Bethovene yox, kimliyi naməlum bir qadına aid olduğunu ortaya qoyub.
Buna baxmayaraq, bəstəkarın başından düşmə ehtimalı yüksək olan bir neçə saç teli üzərində aparılan araşdırmalar onun ölümünün, ehtimal ki, alkoqol istehlakı və qaraciyər xəstəliyinə səbəb olan risk faktorları ilə şiddətlənmiş hepatit B infeksiyasından qaynaqlandığını göstərib.
Biokimyaçı Krauze bu araşdırmalara baxmayaraq Bethovenin nə eşitmə itkisi, nə də həzm problemlərinin dəqiq səbəbinin tapılmadığını qeyd edib. Bu baxımdan, dahi bəstəkarın həyatı və ölümü ilə bağlı suallar azalmır, əksinə artır.
* Hepatit B virusuna harada yoluxmuşdu?
* Bir qadına aid saç necə oldu ki, əsrlər boyu Bethovenin saç nümunəsi kimi qəbul edildi?
* Bağırsaq ağrılarının və eşitmə itkisinə səbəb olan əsas amil nə idi?
Bethovenin öz eşitmə itkisini dünyanın anlamasını arzuladığı düşünüldükdə, bu nəticələr müəyyən qədər məyusedici görünə bilər. Lakin onun DNT-sində gizlənən başqa bir sirr də açılıb. Araşdırmalar zamanı Bethovenin saçındakı Y xromosomunun, atasının soyundan gələn indiki nəsillə uyğun gəlmədiyi müəyyən edilib. Bu nəticə bəstəkarın doğumundan əvvəlki nəsillərdə nikahdan kənar doğum hadisəsinin yaşandığını göstərir.
İngiltərədəki Kembric Universitetinin bioloji antropoloqu Tristan Beqq bu barədə belə açıqlama verib:
"Bu kəşf göstərir ki, təxminən 1572-ci ildə Belçikanın Kampenhout şəhərində Hendrik van Bethovenin doğulması ilə 1770-ci ildə Almaniyanın Bonn şəhərində Lüdviq van Bethovenin doğulması arasında ən azı bir dəfə nikahdan kənar atalıq hadisəsi baş verib".
Bethovenin vəsiyyətində həyatı və sağlamlığı ilə bağlı həqiqətlərin açılmasını istədiyini nəzərə alsaq, bu nəticələr onun gözlədiyindən daha çox sirri açmış ola bilər.
1827-ci ildə fırtınalı bazar ertəsi gecəsi, dostları onun saçlarını kəsərkən bütün bu gizli həqiqətlərin əsrlər sonra üzə çıxacağını heç ağlına gətirə bilməzdilər.
Aydın
Şərhlər