Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası vəzifəsindən getməzdən əvvəl ölkə daxilində 8 milyona yaxın toyuq öldürüb.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, bu, yumurta tədarükünün pozulmasına və qiymətlərin artmasına səbəb olub. O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp və kənd təsərrüfatı naziri Bruk Rollins problemin həlli üçün çalışırlar.
"Bayden administrasiyası prezident Trampın andiçmə mərasimindən əvvəl təqribən 8 milyon toyuq öldürdü, bu da tədarük çatışmazlığına və qiymətlərin artmasına səbəb oldu", deyə xanım Levitt X-da yazıb. O, bildirib ki, "ABŞ-dakı yumurta böhranı Co Baydenin böhranıdır".
Karolin Levitt postuna quş qripi infeksiyası səbəbiylə məhv edilən toyuqlar haqqında son bir neçə ayın məlumatları ilə əlavə edib. Qrafikdən görünür ki, Donald Trampın andiçmə mərasimindən bir neçə gün əvvəl belə toyuqların sayı kəskin artıb.
ABŞ-da yumurta qıtlığı ani, şiddətli quş qripinin milyonlarla toyuqun ölümündən sonra başlayıb. Yumurtanın qiyməti qalxıb. Mağazalar yumurta satışını məhdudlaşdırmağa başlayıb və restoranlarda qiymət artımı tətbiq olunub. Fevral ayında ABŞ-da bir çox premium yumurtanın orta qiyməti 5,90 dollara çatıb ki, bu da rekorddur. Bir il əvvəl cəmi 3 dollar idi. "Bloomberg" bəzi ölkələrdəki ABŞ səfirliklərinin başqa ölkələrdən yumurta ixracı axtarmağa başladığını yazıb.
Aydın
Şərhlər