Səkkiz gündür itkin düşən rusiyalı model Mariya Kovalçuk Dubayda 20 yaşını qeyd etdiyi şeyxlərlə ziyafətdən sonra onurğa sütunu, qolları və ayaqları sınmış halda tapılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Life SHOT" "Telegram" kanalı məlumat yayıb.
O, yolun kənarında uzanmış halda tapılıb. Hazırda onun vəziyyəti ağırdır və artıq 4 dəfə əməliyyat olunub. Hərəkət edə bilmir, amma dodaqlarını hərəkət etdirməyi bacarır.
Zərərçəkmiş martın 9-da ad gününü qeyd edib və martın 10-da anasına zəng vurub. Qadının dediyinə görə, qızı tanımadıqları şəxslərlə otelə ziyarətə gedib. Bundan sonra qız səkkiz gün əlaqə saxlamayıb. Modelin valideynləri bütün bu müddət ərzində onun təcavüzə məruz qalmasından qorxublar.
MK.ru xəbər verib ki, o, itkin düşməmişdən əvvəl qızla model biznesi ilə əlaqəsi olduğunu iddia edən iki kişi görüşüb. Tapılan zaman zərərçəkənin yanında sənədləri və ya telefonu olmayıb.
Aydın
Şərhlər