Xəbər lenti

Siyasi prinsiplərinin iflası: Rus qazı
Dünya 20:26 20.03.2025

Siyasi prinsiplərinin iflası: Rus qazı "Şimal axını" ilə Almaniyaya qayıda bilər

ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığından sonra alman siyasətçilər növbəti dəfə Rusiya qazının Almaniyaya tədarükünün mümkün bərpasından danışırlar. 

Qayanrinfo "Bild"ə instinadən məlumatına görə, "Şimal axını 2" qaz kəmərinin ABŞ-ın nəzarəti altına keçməsi variantı müzakirə edilir ki, bu da Rusiya qazının Avropaya tranzitini bərpa etməyə imkan verəcək.

Şərqi Avropa üzrə ekspert Jan Behrends "Bild"ə deyib: "Alman iqtisadiyyatında və hətta demokratik partiyalarda hələ də Merkel illərinə baxanlar var".

Bəzi alman siyasətçiləri artıq açıq şəkildə enerji siyasətinə yenidən baxılmasının mümkünlüyündən danışırlar. Xristian Demokrat İttifaqından (XDİ) Bundestaqının üzvü Tomas Bareis sosial mediada yazıb ki, sövdələşmədən sonra qaz yenidən "Şimal axını"ndan keçə bilər.

XDİ-nin Şimali Reyn-Vestfaliya ştatı üzrə sədr müavini Yan Hayniş "Politico"ya müsahibəsində bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh sazişi imzalanacağı təqdirdə Rusiya qazının alınması imkanları müzakirə edilməlidir.

"Mən etibarlı mənbədən bilirəm ki, XDİ artıq Rusiyaya üz tutur, yəni Rusiya qazını almağa davam edir və bununla da Almaniya üçün çox vacib olanı, yəni Rusiyadan müstəqilliyini pozur", deyə Azad Demokrat Partiyasından Bundestaqının üzvü Mari-Agnes Strak-Zimmermann "Welt"ə müsahibəsində bildirib.

Lakin bir çox siyasətçilər, o cümlədən XDİ-nin xarici siyasət üzrə eksperti Roderix Kiesevetter belə bir ssenarinin əleyhinədir:

"Sanksiyaları ləğv etmək, "Şimal axını"nı yenidən açmaq və ucuz rus qazını geri qaytarmaq istəyən hər kəs Rusiyanın cinayətləri haqqında düşünmür, ancaq Moskva ilə əlaqələrin möhkəmlənməsinə kömək edir", deyə o, bildirib.

Ekspertlər xəbərdarlıq edir ki, Rusiyadan yeni asılılıq 2022-ci ildən əvvəlkindən daha da dərinləşə bilər. Xüsusilə, Alman İqtisadiyyatı İnstitutundan professor Simon Gerards hesab edir ki, sanksiyalardan imtina Avropanın "siyasi prinsiplərinin iflası" olacaq. O vurğulayır ki, bu, iqtisadiyyatı sanksiyalar və Çindən asılılıq səbəbindən ciddi çətinliklər yaşayan Rusiya üçün "hədiyyə" olardı.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->