Xəbər lenti

BƏƏ Fransadan Durovun dərhal azad olnamısını tələb etdi
Dünya 14:00 27.08.2024

BƏƏ Fransadan Durovun dərhal azad olnamısını tələb etdi

Birləşmiş Ərəb Əmirlikləri bazar ertəsi axşam saatlarında Fransa hökumətindən hazırda Parisdə polis nəzarətində olan "Telegram"ın baş direktoru Pavel Durovun konsulluğa girişinə icazə verməsini istəyib.

Qaynarinfo bu barədə "Politico"ya istinadla xəbər verir.

Paris prokurorluğunun bildirdiyinə görə, Rusiya əsilli Fransa-Əmirlik vətəndaşı olan Durov şənbə günü axşam saatlarında həbs edilib və hazırda "Telegram" mesajlaşma platformasında uşaq pornoqrafiyası, narkotik alveri və mütəşəkkil cinayətlə bağlı ittihamlarla bağlı istintaq çərçivəsində saxlanılır.

"BƏƏ Paris-Le Burje hava limanında Fransa hakimiyyəti tərəfindən həbs edilən "Telegram"ın qurucusu vətəndaşı Pavel Durovun işini diqqətlə izləyir və BƏƏ-nin Fransa Respublikası Hökumətinə ona təcili olaraq bütün lazımi konsulluq xidmətlərinə təminat verilməsi üçün sorğu göndərdiyini vurğulayır", - Abu Dabi Xarici İşlər Nazirliyi bildirib.

Durovun həbsi, milyarder sahibkar İlon Mask kimi özünü söz azadlığının müdafiəçiləri adlandıranların həbsi pisləmələri ilə beynəlxalq etiraza səbəb olub. Fransa prezidenti Emmanuel Makron bazar ertəsi Durovun həbsinin "heç bir halda siyasi qərar olmadığını" söyləyib.

"Telegram" bir milyard qlobal istifadəçini əhatə edir. Bu social şəbəkə siyasi dissidentlər, qanqsterlər və cinayətkarlar, eləcə də Ukraynanın şərqindəki döyüş meydanlarında əsas ünsiyyət vasitəsidir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->