Xəbər lenti

Azərbaycan-Belarus biznes forumunda 18,9 milyon dollarlıq müqavilə imzalandı
Ölkə 22:53 05.05.2025

Azərbaycan-Belarus biznes forumunda 18,9 milyon dollarlıq müqavilə imzalandı

Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumunun yekunları üzrə 18,9 milyon dollar dəyərində müqavilələr imzalanıb.

"Report” xəbər verir ki, bu barədə Belarus Ticarət-Sənaye Palatasının sədri Mixail Myatlikov jurnalistlərə açıqlamasında bildirib.

M.Myatlikovun sözlərinə görə, ümumilikdə 12 sənədə imza atılıb, onlardan üçü onlayn şəkildə qəbul olunub.

"Razılaşdığımız kimi, biz Azərbaycandan olan tərəfdaşlarımızı iyunda keçiriləcək "Belagro" sərgimizdə gözləyirik. Onlar iştiraklarını təsdiqləyiblər. Biz isə onların mayın 13-dən 16-dək "Caspian Agro" beynəlxalq sərgisində iştirak edəcəyik. Belarusdan olan 17 müəssisə artıq öz ərizələrini təsdiqləyib və onlar Bakıda yeni məhsullarını təqdim edəcəklər", - o deyib.

O qeyd edib ki, forum zamanı Belarus Universal Əmtəə Birjası ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum, "Mostovdrev" və "Sosna" şirkətləri arasında məhsul tədarükünə dair üç müqavilə, "Kamvol" və "Smart Style" şirkətləri arasında məhsul tədarükünə dair müqavilə, "Spartak" və "AZNUR" şirkətləri arasında məhsul tədarükünə dair müqavilə, "Borkof-Aqro” MMC ilə "Stapri-Azərbaycan” MMC arasında rezin lövhələrin tədarükünə dair niyyət sazişi, "BelOMO” holdinqinin "LEMT” Elmi-Texniki Mərkəzi ilə "Azərbaycan Milli Aviasiya Akademiyası Hava Yolları” QSC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bundan əlavə, forum çərçivəsində "Belşina” ASC, "Azərtexnika” MMC və "Azbelşin” MMC arasında 2025-2026-cı illərdə regiona şin məmulatlarının tədarükünü nəzərdə tutan əməkdaşlıq memorandumuna imza atılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->