Xəbər lenti

Ağır xəstələri 4-cü mərkətəbəyə çıxaran direktor cərimələndi
Ölkə 19:26 05.05.2025

Ağır xəstələri 4-cü mərkətəbəyə çıxaran direktor cərimələndi

"Qusar rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxs cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən xəstəxana rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1- ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilib. 

Aparılan yoxlama zamanı xəstəxanada daxili yanğın su kanallarının nasaz vəziyyətdə olduğu, avtomatik yanğın xəbərverici siqnalizasiya qurğularının işlək vəziyyətdə olmadığı, xəstəxanada ağır xəstələrin (reanimasiya şöbəsi) binanın 1-ci mərtəbəsində yox, 4-cü mərtəbəsində yerləşdirildiyi və oksigen balonlarının binanın zirzəmisində saxlandığı aşkar olunub. 

Məhkəmənin qərarı ilə Qusar rayon Mərkəzi Xəstəxanasının direktoru Kamil Hacıyev Əkbər oğlu 350 manat məbləğində cərimə edilib. Sözügedən pozuntuların aradan qaldırılması üçün vaxt verilib. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->