Xəbər lenti

AFFA
İdman 19:55 05.05.2025

AFFA "Traktor" klubunu təbrik etdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tarixində ilk dəfə İran çempionluğunu qeyd edən Təbrizin "Traktor" komandasını təbrik edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Assosiasiyanın Mətbuat Xidməti "Facebook" sosial şəbəkə hesabında paylaşım edib.
Xatırladaq ki, "Traktor" çempionluğu 28-ci turda "Şəms Azər" komandasına 4:0 hesabı ilə qalib gələrək rəsmiləşdirib.

28 turdan sonra xallarının sayını 64-ə çatdıran "qızıl qurdlar"ın sona 2 tur qalmış çempion olacağı dəqiqləşib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->